Gürcüstana qanunsuz mal idxal edən Azərbaycan vətəndaşı cərimələnib

Gürcüstana qanunsuz mal idxal edən Azərbaycan vətəndaşı cərimələnib Bəyan edilməmiş malların gömrük dəyəri 3 409 lari təşkil edib
Hadisə
9 Mart , 2021 15:37
Gürcüstana qanunsuz mal idxal edən Azərbaycan vətəndaşı cərimələnib

Gürcüstanın “Qırmızı körpü” gömrük-keçid məntəqəsində Azərbaycan vətəndaşına məxsus yük maşını saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.

Nəqliyyat vasitəsində aparılan ətraflı axtarış zamanı gömrük nəzarətindən gizlədilən mobil telefonlar və müxtəlif adda məişət əşyaları tapılıb.

Bəyan edilməmiş malların gömrük dəyəri 3 409 lari təşkil edib.

Qanunvericiliyə uyğun olaraq Azərbaycan vətəndaşına qarşı malların dəyərinə bərabər məbləğdə cərimə sanksiyası tətbiq olunub.

Son xəbərlər

Orphus sistemi