Gürcüstanda Azərbaycanla sərhəddə yerləşən "Qırmızı körpü" gömrük-keçid məntəqəsində bəyan edilməmiş külli miqdarda qızıl əşyalarının ölkəyə keçirilməsinin qarşısı alınıb.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan
R.M. adlı Azərbaycan vətəndaşının üzərinə və əl yükünə keçirilən baxış zamanı gömrük nəzarətindən gizlədilən ümumi çəkisi 326,98 qram olan qızıl əşyalar aşkar olunub.
Əşyaların ümumi dəyəri 38 489,62 lari təşkil edib.
Faktla bağlı materiallar Maliyyə Nazirliyinin İstintaq Xidmətinə təqdim olunub.