​Gürcüstana 12 kq qızıl, 132 min dollar keçirmək istəyən Azərbaycan vətəndaşları tutulub

​Gürcüstana 12 kq qızıl, 132 min dollar keçirmək istəyən Azərbaycan vətəndaşları tutulub Saxlanılanlar 8 ildən 11 ilədək azadlıqdan məhrum edilə bilər
Hadisə
19 Aprel , 2016 12:50
​Gürcüstana 12 kq qızıl, 132 min dollar keçirmək istəyən Azərbaycan vətəndaşları tutulub

Bakı. 19 aprel. REPORT.AZ/ Gürcüstana 12 kiloqram yüsək əyarlı qızıl və 131 min 954 dollar keçirmək istəyən Azərbaycan vətəndaşları Bayram Gəncəliyev və Elman Hünseynov "Qırmızı körpü" Sərhəd- Buraxılış Məntəqəsində Gürcüstan gömrükçüləri tərəfindən saxlanılıb.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.

Məlumata görə, onlar sərhədi keçərkən apardıqları pul və qızıl barədə bəyannamə yazmayıblar, qızıl külçəni və pulu avtomobilin saxlanc yerində Gürcüstan ərazisinə keçirmək istəyiblər.

İnformasiyaya əsasən, Gürcüstan tərəfi Bayram Gəncəliyev və Elman Hüseynovu həbs edib, qızıl və pulu dəlil olaraq götürüb.

Onlara qarşı "Gürcüstan sərhədindəki gömrükdən malların keçirilməsi qaydalarının pozulması" maddəsi ilə cinayət işi başlanıb. Saxlanılanlar 8 ildən 11 ilədək azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, qızıl külçələrin dəyəri 490 min dollara yaxın qiymətləndirilib.

Son xəbərlər

Orphus sistemi