Yuxarı
    Bağlamaq

    ​Gürcüstan vətəndaşının əl yükündən civə aşkar olunub

    Faktla bağlı araşdırma aparılır

    Bakı. 14 iyul. REPORT.AZ/ Gürcüstandan Azərbaycana keçən bu ölkənin vətəndaşının əl yükündən civə aşkar edilib. Bu barədə “Report”a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunu piyada yolla keçən Gürcüstan vətəndaşının əl yükünə rentgen aparatı vasitəsilə baxış keçirilib və gömrük əməkdaşı çantada olan DVD pleyerin içərisində şübhəli qaraltılar müşahidə edib.

    Şahidlərin iştirakı ilə çantada olan yüklərə təkrar baxış keçirilib və yoxlama zamanı çantadakı DVD pleyerin içərisindən xalis çəkisi 100 qram olan civə aşkar olunaraq götürülüb.

    Faktla bağlı araşdırma aparılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi