Gürcüstan məhkəməsi Azərbaycan vətəndaşı olan futbol məşqçisini azadlığa buraxıb

Gürcüstan məhkəməsi Azərbaycan vətəndaşı olan futbol məşqçisini azadlığa buraxıb Gürcüstanın Apellyasiya Məhkəməsi Tbilisi Şəhər Məhkəməsinin Azərbaycan vətəndaşı Qurban Əliyev haqqında ötən ilin oktyabrında çıxardığı 4 illik həbs barədə qərarını ləğv edib.
Hadisə
4 İyul , 2022 16:31
Gürcüstan məhkəməsi Azərbaycan vətəndaşı olan futbol məşqçisini azadlığa buraxıb

Gürcüstanın Apellyasiya Məhkəməsi Tbilisi Şəhər Məhkəməsinin Azərbaycan vətəndaşı Qurban Əliyev haqqında ötən ilin oktyabrında çıxardığı 4 illik həbs barədə qərarını ləğv edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə onun vəkili, Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının təsisçisi Əli Bədirov bildirib.

Onun sözlərinə görə, yuxarı məhkəmə instansiyası heç bir yeni şahid dindirmədən müdafiə etdiyi şəxslə bağlı ittihamı əsassız hesab edib. Vəkil deyib ki, qəbul olunan qərar Q.Əliyevin şərləndiyini təsdiqləyib.

Qeyd edək ki, Q.Əliyev yeniyetmələrdən ibarət “Marneuli” futbol komandasının məşqçisidir. O, 2019-cu ildə seksual xarakterli zorakılıqda ittiham edilib.

Son xəbərlər

Orphus sistemi