Yuxarı

​Gürcüstan həbsxanalarında 39 Azərbaycan vətəndaşı cəza çəkir

Dustaq həyatı yaşayan əcnəbilər arasında Türkiyə vətəndaşları üstünlük təşkil edir

Bakı. 2 mart. REPORT.AZ/ Hazırda Gürcüstan həbsxanalarında 39 Azərbaycan vətəndaşı cəza çəkir.

“Report” xəbər verir ki, bu barədə Gürcüstanın Probasiya və Cəzaların İcrası Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, qonşu ölkədə ümumilikdə 187 əcnəbi dustaq həyatı yaşayır. Onların arasında 76 Türkiyə, 41 Rusiya və 39 Azərbaycan vətəndaşı var.

Gürcüstanda ümumilikdə 10 mindən çox dustaq cəza çəkir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi