Gürcüstan gömrükçüləri Türkiyədən gələn Azərbaycan vətəndaşından bəyan edilməmiş qızıl əşyalar müsadirə ediblər

Gürcüstan gömrükçüləri Türkiyədən gələn Azərbaycan vətəndaşından bəyan edilməmiş qızıl əşyalar müsadirə ediblər Tbilisi. 18 dekabr. REPORT.AZ/ Gürcüstan-Türkiyə sərhədində yerləşən “Sarpi” gömrük-keçid məntəqəsində Azərbaycan vətəndaşı saxlanılıb.
Hadisə
18 Dekabr , 2018 17:09
Gürcüstan gömrükçüləri Türkiyədən gələn Azərbaycan vətəndaşından bəyan edilməmiş qızıl əşyalar müsadirə ediblər
0 : 00
0 : 00

Tbilisi. 18 dekabr. REPORT.AZ/ Gürcüstan-Türkiyə sərhədində yerləşən “Sarpi” gömrük-keçid məntəqəsində Azərbaycan vətəndaşı saxlanılıb.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

S.U. şərti adlı və soyadlı Azərbaycan vətəndaşının üzərinə baxış zamanı bəyan edilməmiş ümumi çəkisi 100 qram olan qızıl əşyalar aşkar olunub. Əşyaların ümumi dəyəri 6 198,99 lari (2 324 dollar) təşkil edib.

Faktla bağlı materiallar ölkənin Maliyyə Nazirliyinin İstintaq xidmətinə təqdim olunub. 

Son xəbərlər

Orphus sistemi