Gürcüstan DİN: Marneuli və Bolnisidə mövcud vəziyyət qənaətbəxşdir

Gürcüstan DİN: Marneuli və Bolnisidə mövcud vəziyyət qənaətbəxşdir “Marneuli və Bolnisidə hazırkı mövcud vəziyyət qənaətbəxşdir və tam nəzarət altındadır”.
Hadisə
23 Mart , 2020 15:54
Gürcüstan DİN: Marneuli və Bolnisidə mövcud vəziyyət qənaətbəxşdir

“Marneuli və Bolnisidə hazırkı mövcud vəziyyət qənaətbəxşdir və tam nəzarət altındadır”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, bölgədə əsas avtomobil yollarında hərəkətə 12 nəzarət-buraxılış məntəqəsi vasitəsilə nəzarət edilir. İkinci dərəcəli yollar da nəzarətdə saxlanılır, mobil nəzarət-buraxılış məntəqələri yaradılıb.

DİN Marneuli və Bolnisi rayonlarının sakinlərini təmkinli olmağa və hökumətin ciddi karantin rejimilə bağlı tələb və tövsiyələrinə əməl etməyə çağırıb. 

Son xəbərlər

Orphus sistemi