Yuxarı

​Gürcüstan Azərbaycan vətəndaşının Suriyaya getməsinin qarşısını alıb

Dövlət Təhlükəsizlik Xidməti: Azərbaycan tərəfi buna təcili reaksiya verib

Bakı. 17 noyabr. REPORT.AZ/ Gürcüstanın xüsusi xidmət orqanları noyabrın 15-də bu ölkədən Suriyaya getməyə cəhd göstərən azərbaycanlının saxlanılmasında Azərbaycan tərəfinə yardım edib.

"Report" xəbər verir ki, bunu Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti rəhbərinin müavini Levan İzoriya yerli "Maestro" teleşirkətinin efirində bəyan edib.

"Bizim azərbaycanlı həmkarlarımıza təqdim etdiyimiz məlumat əsasında, İŞİD-in tərəfində hərbi əməliyyatlarda iştirak etmək məqsədi ilə Suriyaya getmək üçün qanunsuz olaraq Gürcüstan sərhədini keçməyə cəhd edən Azərbaycan vətəndaşı Balakən şəhərində saxlanılıb. Azərbaycan tərəfi buna təcili reaksiya verib", - deyə o bildirib və qeyd edib ki, bu, sözügedən faktlardan yalnız biridir.

Qeyd edək ki, Azərbaycan Daxili İşlər Nazirliyi noyabrın 15-də Baş Cinayət-Axtarış İdarəsi və Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əliabad kənd sakini Elman Mirzəbəyovdan “AK-74” markalı silah, 13 ədəd patron, 1 ədəd patron darağı və 1 ədəd bıçaq götürüldüyü barədə məlumat yayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi