Bakı. 12 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən 1979-cu il təvəllüdlü Pərviz Şabanovin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə P.Şabanov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, P.Şabanov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma), 221-ci (xuliqanlıq) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham edilir.
Hadisə "Gürcü mətbəxi" kafesində baş verib. P.Şabanovun vəkili müdafiə çıxışında bildirib ki, müvəkkili mübahisə etdiyi şəxslər tərəfindən döyülüb, ailə üzvləri təhqir olunub. O, zərərçəkmiş Tural Məmmədov və Kənan Qədirova qarşı xəsarət etməkdə təqsirli bilinir.