"Günəşli" yatağındakı 10 saylı stasionar dəniz özülü ilə bağlı son durum açıqlanıb

"Günəşli" yatağındakı 10 saylı stasionar dəniz özülü ilə bağlı son durum açıqlanıb "Saat 23:00-a olan məlumata görə, axtarılanların heç birinin tapılması ilə bağlı məlumat daxil olmayıb"
Hadisə
6 Dekabr , 2015 23:23
Günəşli yatağındakı 10 saylı stasionar dəniz özülü ilə bağlı son durum açıqlanıb

Bakı. 6 dekabr. REPORT.AZ/ "Saat 23:00-a olan məlumata görə, axtarılanların heç birinin tapılması ilə bağlı məlumat daxil olmayıb".

"Report" xəbər verir ki, bunu keçirdiyi brifinqdə SOCAR-ın "Azneft" İstehsalat Birliyinin rəis müavini Balamirzə Rəhimov bildirib.

O, axtarışların davam etdiriləcəyini deyib.

Şirkət rəsmisi bildirib ki, hazırda 5 gəmi yanğını söndürmək üçün suvurmanı davam etdirir: "Biz həm də daha təzyiqli su xəttinin çəkilməsini təmin etmişik. Hazırda təmirçilər həmin xəttin birləşdirilməsi ilə məşğuldular". 

Onun sözlərinə görə, yanğın ancaq güclü su şırnağı vasitəsi ilə söndürülə bilər

Son xəbərlər

Orphus sistemi