Sabahdan itkin düşmüş neftçilərin axtarışına əlavə texnika və qüvvə cəlb olunacaq

Sabahdan itkin düşmüş neftçilərin axtarışına əlavə texnika və qüvvə cəlb olunacaq FHN-də “Günəşli” yatağında baş vermiş qəza ilə əlaqədar müşavirə keçirilib
Hadisə
10 Dekabr , 2015 19:51
Sabahdan itkin düşmüş neftçilərin axtarışına əlavə texnika və qüvvə cəlb olunacaq

Bakı. 10 dekabr. REPORT.AZ/ Bu gün “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Fövqəladə Hallar Nazirliyində müşavirə keçirilib. 

"Report"un nazirliyin saytına istinadən verdiyi məlumata görə, fövqəladə hallar nazirinin müavinləri və müvafiq struktur bölmə rəislərinin, Dövlət Sərhəd Xidməti rəisinin müavini və Sahil Mühafizə və Aviasiya xidmətlərinin rəislərinin, Dövlət Dəniz Administrasiyasının rəhbər heyəti və mütəxəssislərinin iştirakı ilə keçirilən müşavirədə əsas məqsəd qəza nəticəsində itkin düşən insanların axtarışı işlərindəki effektivliyin artırılması ilə bağlı məsələlərin müzakirəsi olub. Müşavirənin yekunu olaraq, sabah axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin 1 təyyarə və 4 helikopterinin, Dövlət Sərhəd Xidmətinin 6 helikopteri və 7 gəmisinin, habelə sahilboyu müşahidə işləri aparan FHN-in Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətindən əlavə qüvvələrin cəlb olunması qərara alınıb. 

Həmçinin, Xəzər dənizində üzən gəmilərə Dövlət Dəniz Administrasiyası vasitəsilə üzdükləri ərazilərdə müşahidə-axtarış işlərinin gücləndirilməsi ilə bağlı bir daha müraciət edilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi