Güclü yağışlar Qəbələdə yaşayış evlərinin su altında qalmasına səbəb olub

Güclü yağışlar Qəbələdə yaşayış evlərinin su altında qalmasına səbəb olub Görülən tədbirlər nəticəsində fərdi yaşayış evlərin zirzəmisinə yığılmış su və lil təmizlənib
Hadisə
10 İyun , 2015 14:07
Güclü yağışlar Qəbələdə yaşayış evlərinin su altında qalmasına səbəb olub

Bakı. 10 iyun. REPORT.AZ/ Yağan güclü yağışlar Qəbələ rayonunun bəzi kəndlərində yaşayış evlərinin həyətyanı sahələrinin su altında qalmasına səbəb olub. "Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb regional mərkəzindən daxil olan məlumata əsasən, iyunun 7-də yağan yağışlar səbəbindən Tikanlı, Qaraçay və Həmzəli çaylarında suyun səviyyəsi qısamüddətli artıb. Nəticədə Qəbələ rayonunun Qəmərvan, Tikanlı, Mirzəbəyli, Xırdatala, İmamlı kəndlərində və Bum qəsəbəsində bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basıb.

Su basan ərazilərə FHN-nin Regional Mərkəzinin xilasediciləri və müvafiq texnikası cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Görülən tədbirlər nəticəsində fərdi yaşayış evlərinin zirzəmisinə yığılmış su və lil təmizlənib.

Son xəbərlər

Orphus sistemi