Güclü yağış və dolu Lerikdə fəsadlar yaradıb - VİDEO

Güclü yağış və dolu Lerikdə fəsadlar yaradıb - VİDEO Bu gün bir neçə saat ərzində rayona aylıq normadan iki dəfə çox yağıntı düşüb
Hadisə
2 İyun , 2016 17:31
Güclü yağış və dolu Lerikdə fəsadlar yaradıb - VİDEO

Lerik. 2 iyun. REPORT.AZ/ Son günlər ölkə ərazisində temperaturun nisbətən aşağı düşməsi cənub bölgəsinin dağlıq rayonlarında daha çox müşahidə olunur. 

"Report"un Cənub bürosunun məlumatına görə, güclü külək, leysan və bəzi yerlərdə qısamüddətli dolu düşməsi ən çox Lerik rayonu ərazisində qeydə alınıb. 

Son dörd gündə rayon ərazisində bir neçə saat davam edən yağıntılar nəticəsində kənd təsərrüfatı sahəsində çalışanlar üçün problemlər yaranıb. Otlaq sahələrində biçinə hazır olan otlaqlar və taxıl zəmiləri zay olub. Tərəvəz şitillərinə və kartof əkinlərinə də yağıntının miqdarının çox olması və torpağın yuyulması nəticəsində ziyan dəyib.

Bu gün bir neçə saat ərzində rayona aylıq normadan iki dəfə artıq yağıntı düşüb.

Kənd təsərrüfatı ilə yanaşı, yuxarı məhəllələrdən toplanaraq üzüaşağı axan yağıntı suları yol infrastrukturuna da təsirsiz ötüşməyib. Məhəlli küçələrdə və kənd ara yollarında kiçik yarğanlar yaranıb, bu da nəqliyyatın hərəkətinə əngəllər yaradıb. Hələlik yerli icra orqanları və bələdiyyələrin hesabına müəyyən işlər görülür. 

Rayon Fövqəladə Hallar Komissiyanın sədri Habil Məlikov ciddi fəsadlarla bağlı hər hansı məlumatın daxil olmadığını bildirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Rayonlararası Hidrometroloji Hissəsindən isə yağıntıların daha bir neçə gün davam edəcəyi qeyd olunub.

Son xəbərlər

Orphus sistemi