Güclü yağış Lənkəranda torpaq sürüşməsi və uçqunlara səbəb olub - FOTO

Güclü yağış Lənkəranda torpaq sürüşməsi və uçqunlara səbəb olub - FOTO Lənkəran rayonunda torpaq sürüşməsi baş verib.
Hadisə
23 Aprel , 2019 17:32
Güclü yağış Lənkəranda torpaq sürüşməsi və uçqunlara səbəb olub - FOTO

Lənkəran rayonunda torpaq sürüşməsi baş verib.

"Report"un Cənub mərkəzinin məlumatına görə, son günlərdə leysan yağışları nəticəsində 22 km-lik Hirkan-Daşdatük-Biləsər avtomobil yolunun son 6 kilometrində, xüsusilə Xanbulan, Daşdatük və Biləsər kəndlərinə aparan yolda uçqunlar olub.

Yolboyu bir neçə yerdə torpaq sürüşmələri və çökmələr səbəbindən asfalt qatı dağılıb. Yolun bir hissəsinin çökməsi ilə 1,5 metr enində və 10-15 metr uzunluğunda yarğanlar yaranıb. Yolun yuxarı hissəsindən torpaq kütləsi aşağı doğru sürüşərək qoruyucu baryerləri sıradan çıxarıb. Yol yatağında da çökmələr var. 

Bundan başqa, dağ massivindən aşağı axan sel suları, əsasən, yolun su ötürücülərinin keçdiyi hissədə dağıntılar yaradıb. 

Artıq yolun bərpası istiqamətində tədbirlərin görülməsi məqsədilə texnikalar əraziyə gətirilib. Uçqunların olduğu yerlərdə xəbərdarlıq işarələri qoyulub. Təmir-bərpa işləri hava şəraiti sabitləşəndən sonra aparılacaq.

Son xəbərlər

Orphus sistemi