Güclü yağış Ağstafaçayda təhlükəli vəziyyət yaradıb - FOTO

Güclü yağış Ağstafaçayda təhlükəli vəziyyət yaradıb - FOTO Çayın ətrafında bəndbərkitmə işləri aparılıb
Hadisə
13 iyun 2016 11:57
Güclü yağış Ağstafaçayda təhlükəli vəziyyət yaradıb - FOTO

Qazax. 13 iyun. REPORT.AZ/ Güclü yağış Qazax rayonu ərazisindən axan Ağstafaçayda təhlükəli vəziyyət yaradıb.

“Report”un məlumatına görə, çayda sululuq həddindən artıq olduğundan, daşqın təhlükəsi meydana gəlib.

Yaxınlıqda olan park, o cümlədən Qazax Diaqnostika Mərkəzi üçün böyük təhlükə yarada biləcək daşqının baş verməməsi üçün adiyyatı qurumlar hərəkətə keçib. Çayın ətrafında bəndbərkitmə işləri aparılıb.

Qazax Rayon Fövqaladə Hallar Komisiyasından verilən məlumata görə, Ağstafaçay bol sulu axsa da, daşqın təhlükəsi yoxdur.

Son xəbərlər

Orphus sistemi