Güclü qara görə bağlanan Cəlilabad-Yardımlı yolunda hərəkət bərpa olunub - YENİLƏNİB

Güclü qara görə bağlanan Cəlilabad-Yardımlı yolunda hərəkət bərpa olunub - YENİLƏNİB Güclü qar səbəbindən Cəlilabad-Yardımlı yolu bağlanıb, bəzi yaşayış məntəqələri işıqsız qalıb.
Hadisə
11 Yanvar , 2023 15:20
Güclü qara görə bağlanan Cəlilabad-Yardımlı yolunda hərəkət bərpa olunub - YENİLƏNİB

Güclü qar nəticəsində bağlanan Cəlilabad-Yardımlı yolunda hərəkət tam bərpa olunub.

"Report"un Muğan bürosunun məlumatına görə, yol texnikalar vasitəsi ilə təmizlənib.

Həmçinin rayonun Zəhmətabad kəndində elektrik xətlərinin qırılması nəticəsində işıqsız qalan 9 kənddə elektrik enerjisinin verilişi bərpa edilib.

Hazırda rayonun ucqar dağ kəndlərində küləklə müşayiət olunan güclü qar yağır. Qarın hündürlüyü 35 sm-i keçib.

10:57

Güclü qar səbəbindən Cəlilabad-Yardımlı yolu bağlanıb, bəzi yaşayış məntəqələri işıqsız qalıb.

"Report"un Muğan bürosunun məlumatına görə, Cəlilabad rayonunda güclü qar bir sıra fəsadlar törədib.

Belə ki, rayonun bəzi yaşayış məntəqələrində qarın hündürlüyü 30 santimetrə qədər çatıb.

Yerli sakinlərin sözlərinə görə, qar rayonun Buravar, Badamağac, Əsədli, Ləkin, Musalı, Şatırlı və digər kəndlərində avtomobillərin hərəkətində çətinliklər yaradıb.

Qar səbəbindən Cəlilabad-Yardımlı yolu bağlanıb. Nəticədə sözügedən kəndlərin rayonla əlaqəsi kəsilib.

Zəhmətabad kəndində elektrik xətlərinin qırılması nəticəsində bir sıra yaşayış məntəqələri işıqsız qalıb.

Hazırda rayonun ucqar dağ kəndlərində küləklə müşayiət olunan güclü qar yağışı daha intensiv şəkildə davam edir.

Son xəbərlər

Orphus sistemi