Güclü külək Ucarda fəsadlar törədib

Güclü külək Ucarda fəsadlar törədib Gündüz saatlarında əsən güclü külək Ucar rayonunda bir sıra fəsadlar törədib.
Hadisə
5 Fevral , 2022 20:48
Güclü külək Ucarda fəsadlar törədib

Gündüz saatlarında əsən güclü külək Ucar rayonunda bir sıra fəsadlar törədib.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, külək rayonun elektrik təsərrüfatına ziyan vurub. Rayon ərazisində və bir sıra kəndlərə enerjinin verilişində fasilələr yaranıb.

Güclü külək rayonun Qarabörk, Çiyni, Alpoud və Lək kəndlərində elektrik dirəklərini aşırıb, naqilləri qırıb.

Hazırda rayonda elektrik və rabitə xətlərinin bərpası üçün tədbirlər görülür, küçələrə aşan ağaclar kəsilərək ərazidən götürülür. Ucar elektrik şəbəkəsindən şifahi olaraq bildirdilər ki, hal-hazırda Ucar şəhərinin bir hissəsi və bir neçə kənddə fəsadların aradan qaldırılması üçün 5 işçi briqadası çalışır.

Aşan dirəklər yenisi ilə əvəzlənib, naqillər bərpa olunub. Günün sonuna kimi ümumilikdə rayon ərazisində elektrik enerjisinin verilişi tamamilə bərpa olunacaq.

Son xəbərlər

Orphus sistemi