Güclü külək Şəki kəndlərində ciddi fəsadlar törədib - VİDEO

Güclü külək Şəki kəndlərində ciddi fəsadlar törədib - VİDEO Şəki Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə işçi qrup yaradılıb, dəymiş ziyan hesablanır
Hadisə
6 İyun , 2016 18:29
Güclü külək Şəki kəndlərində ciddi fəsadlar törədib - VİDEO

Şəki. 6 iyun. REPORT.AZ/ "Güclü külək və leysan yağışı Şəkinin 5 kəndinə ciddi ziyan vurub".

Bunu "Report"un Şimal-qərb bürosunun müxbirinə Cumakənd kəndinin icra nümayəndəsi Oruc Mahmudov deyib.

Onun sözlərinə görə, dirəklərin aşması nəticəsində kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb: "Şəki Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə işçi qrup yaradılıb. RİH başçısının müavini Nizami İsmayılov və Şəki Elektrik Şəbəkəsinin rəisi Əkbər Haqverdiyev tərəfindən əraziyə operativ baxış keçirilib. Ötən gün gecə Bakı şəhərindən yeni dəmir dayaqlar gətirilib, qırılan naqillər yeniləri ilə əvəzlənib. Hazırda ərazidə qismən də olsa, axşam saatlarında elektrik enerjisinin verilişi bərpa olunub. Hazırda yerli icra hakimiyyəti orqanlarının əməkdaşları əraziyə ezam olunub, dəymiş ziyan hesablanır".

Şəki Elektrik Şəbəkənin rəisi Əkbər Haqverdiyev isə "Report"a bildirib ki, axşam saatlarına qədər digər kəndlərə də elektrik enerjisinin verilişi tam bərpa olunacaq.

Qeyd edək ki, təbii fəlakət nəticəsində Şəkinin 5 - Cumakənd, Şorsu, Babaratma, Qaradağlı və Qudula kəndləri ziyan çəkib. Sakinlərin evlərində, təsərrüfatlarında böyük ölçüdə fəsadlar yaranıb. Güclü külək mal tövlələrinin dam örtüyünə ziyan vurub. Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun bu kəndlərin ərazilərindən keçən hissəsinin kənarında bir neçə ağac aşıb. Fəsadların olduğu Cumakənddə 20 evin, 35 mal tövləsinin dam örtüyü uçub. 5 ailənin toyuq-cücəsi tələf olub. 125 hektar bostan və 150 hektar taxıl sahələrini dolu yararsız vəziyyətə salıb. Küləklə müşahidə olunan leysan yağışı nəticəsində bir neçə evin həyətini və zirzəmilərini su basıb. Bir avtomobil də aşan ağacın altında qalıb, xoşbəxtlikdən sürücü xəsarət almayıb.  

Son xəbərlər

Orphus sistemi