Yuxarı
    Bağlamaq

    ​Güclü külək Salyan şəhərini və kəndləri işıqsız qoyub - FOTO

    Artıq rayon mərkəzinə elektrik enerjisinin verilişi bərpa olunub

    Bakı. 18 fevral. REPORT.AZ/ Güclü külək Salyanda bir sıra fəsadlar törədib. "Report" xəbər verir ki, bu gün səhər satlarında başlanan güclu külək rayonda elektrik təsərrüfatına ciddi ziyan vurub. Belə ki, güclü küləyin əsməsi nəticəsində yüksək gərginlikli elektrik naqili qırılıb. Şəhərin əksər hissəsi 5 saat işıqsız qalıb. 

    Eyni zamanda, rayonun Xıdırlı, Kürsəngi, Noxudlu, Yeni Uluxanlı və bundan başqa, bir neçə yaşayış məntəqəsi də elektrik enerjisiz qalıb. Noxudlu kəndində 5 dəqiqəlik düşən dolu sonradan qarla müşayiət olunub.

    Salyan rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, artıq rayon mərkəzinə elektrik enerjisinin verilişi bərpa olunub, digər yaşayış məntəqələrinin də elektrik enerjisi ilə təmin olunması üçün işlər davam etdirilir.

    Hazırda rayonda qar yağır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi