Güclü külək Oğuzda bir sıra fəsadlar törədib
Hadisə
- 14 dekabr, 2024
- 04:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Güclü külək Oğuz rayonunda bir sıra fəsadlar törədib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, dünən axşam saatlarından etibarən Oğuz rayonunda güclü küləkli hava müşahidə olunur.
Belə ki, güclü külək nəticəsində iri gövdəli ağaclar Oğuz-Bayan avtomobil yoluna aşıb. Nəticədə nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb.
Bundan başqa, külək nəticəsində elektrik naqilləri və internet xətləri qırılıb. Hazırda rayonun bir hissəsində elektrik enerjisinin və internetin verilişində fasilələr yaranıb.
Səhər saatlarından etibarən aidiyyəti qrumların əməkdaşları fəsadların aradan qaldırılması istiqamətində işlər aparır.
Son xəbərlər
16:52
Foto
"ASAN xidmət" təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub
Sosial müdafiə16:50
Foto
Beynəlxalq səyyahlar Qarabağdakı Gəncəsər monastırını ziyarət ediblər
Xarici siyasət16:50
Foto
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada olublar - YENİLƏNİB
Xarici siyasət16:46
Peskov: Putin və Tramp arasında telefon danışığı olacaq
Region16:45
Firuz Abdulla: "Bakı Olimpiya Stadionunun ot örtüyü ilə bağlı işlər oyun gününədək davam edəcək"
Futbol16:42
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 15 % artıb
Biznes16:38
Azərbaycan Kubokunda 29 illik məhsuldarlıq rekordu təkrarlanıb
Futbol16:37
Tokayev Xəzəryanı ölkələri dənizin dayazlaşmasına qarşı razılaşdırılmış fəaliyyətə çağırıb
Region16:31