Güclü külək Oğuzda 2 000-dən artıq sakini olan kəndi işıqsız və qazsız qoyub

Hadisə
  • 04 mart, 2022
  • 12:37
Güclü külək Oğuzda 2 000-dən artıq sakini olan kəndi işıqsız və qazsız qoyub

Oğuz rayonunda güclü küləyin aşırdığı iri gövdəli ağaclar elektrik və təbii qaz təsərrüfatına ziyan vurub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Bayan kəndində baş verib.

Belə ki, güclü külək nəticəsində iri gövdəli ağaclar kökündən çıxararaq elektrik və rabitə xəttlərini qırıb, qaz xəttini zədələyib.

Nəticədə 2 100 nəfər sakini olan kəndin elektrik enerjisi və təbii qazı kəsilib. Hazırda aidiyyatı qurumlar tərəfindən fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.