Güclü külək Lənkəranda fəsadlar törədib - FOTO

Güclü külək Lənkəranda fəsadlar törədib - FOTO İstixanada əkilən paxlalı bitkilərə ciddi ziyan dəyib
Hadisə
15 Aprel , 2017 13:41
Güclü külək Lənkəranda fəsadlar törədib - FOTO

Lənkəran. 15 aprel. REPORT.AZ/ Güclü külək Lənkəranda fəsadlar törədib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, ötən gecə cənub rayonlarında əsən güclü külək Lənkəranda əsasən fərdi təsərrüfatlarda problemlər yaradıb. Küləyin gücündən polietilen örtüklər dağıldığından istixanada əkilən paxlalı bitkilərə ciddi ziyan dəyib.

Rayonun dağ kəndlərində isə elektrik təsərrüfatına ziyan dəyib. Günəhir və ətraf kəndlərdə baş verən qəzaların aradan qaldırılması istiqamətində təmir briqadaları işləyir. Rayonun Kərgəlan, Lüvəsər və digər kəndlərində isə bir neçə yerdə hündür gövdəli ağaclar aşıb.

Rayon Fövqəladə Hallar Komissiyasından hər hansı ciddi fəsad barədə məlumatın daxil olmadığı bildirilib.

Son xəbərlər

Orphus sistemi