Yuxarı
    Bağlamaq

    Güclü külək Goranboyun 15-dən çox kəndini işıqsız qoyub

    Rayonun elektrik təsərrüfatına ciddi ziyan dəyib© Courtesy İmage

    Bakı. 1 aprel. REPORT.AZ/ Güclü külək Goranboy rayonunun elektrik təsərrüfatına ciddi ziyan vurub.

    "Report"un Qərb bürosu xəbər verir ki, saat 19 radələrində başlayan külək nəticəsində Goranboyun mərkəzinin bir hissəsi, habelə rayonun 15-dən artıq kəndi işıqsız qalıb.

    Güclü külək zamanı bəzi ərazilərdə elektrik naqillərinin qırılaraq bir-birinə toxunması nəticəsində bir neçə transformator sıradan çıxıb. Rayonun ən böyük kəndləri olan Qızılhacılı, Balakürd, Boluşlu, Zeynallıda elektrik enerjisinin verilişində fasilələr yaranıb.

    Hazırda Goranboy Elektrik Şəbəkəsinin əməkdaşları küləyin fəsadlarının aradan qaldırılmasına çalışırlar. Goranboy Elektrik Şəbəkəsindən verilən məlumata görə, külək davam etdiyindən elektrik enerjisinin bərpası prosesi çətinləşib. Bu səbəbdən kəndlərdə enerjinin verilişində yaranmış problem sabah səhər saatlarında həllini tapacaq.

    Qeyd edək ki, martın 20-dən 21-ə keçən gecə güclü külək rayonun 20-ə yaxın kəndini işıqsız qoymuşdu. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi