Güclü külək Gəncədə bir sıra fəsadlar törədib

Güclü külək Gəncədə bir sıra fəsadlar törədib Güclü külək Gəncə şəhərində və ətraf rayonlarında bəzi fəsadlar törədib.
Hadisə
13 Aprel , 2022 00:50
Güclü külək Gəncədə bir sıra fəsadlar törədib

Ötən gün günorta saatlarından başlayan güclü külək Qərb bölgəsində bir sıra fəsadlar yaranıb.

"Report"un Qərb bürosunun məlumatına görə, külək Gəncənin bəzi küçə və prospektlərində bir neçə yaşayış binasının dam örtüyünü dağıdıb, ağacları kökündən qoparıb, habelə iri budaqlarını sındırıb.

Gülüstan qəsəbəsində yerləşən 33 saylı yaşayış binasının dam örtüyünün bir hissəsi aşıb, Şahsevərlər küçəsində ki, fərdi evin dam örtüyü yararsız hala düşüb.

Nizami Gəncəvi prospektində yerləşən binanın fasad hissəsinə zərər dəyib.

Bundan əlavə, təbiət hadisəsi nəticəsində 3-cü mikrorayon ərazisində, Heydər Əliyev və Şah İsmayıl Xətai prospektlərində, Mirzə Abbas Abbaszadə, Azərbaycan Bayrağı, Azərbaycan, Əttarlar və Cavad Xan küçələrində, 6 saylı MİS-in ərazisində, “Nizami” kinoteatrının yanında, Fizuli və Nərimanov parklarında ağacların aşması və budaqların qırılması qeydə alınıb.

Həmin ərazilərdə çalışan MKTİB-in əməkdaşları küləyin törətdiyi fəsadları aradan qaldırır. Uçan dam örtüklərinin təmir-bərpa işlərinə başlanılıb, aşan ağaclar və sınan budaqlar yığışdırılır.

Qeyd edək ki, bölgədə küləkli hava şəraiti davam edir.

20:13

Güclü külək Gəncə şəhərində və ətraf rayonlarında bəzi fəsadlar törədib.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhərində bir neçə ağac aşıb. Oxşar hadisə yaxın rayonlarda da qeydə alınıb.

Güclü külək səbəbindən yaranmış toz avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində qismən çətinlik yaradıb.

Daşkəsən rayonunda elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Hazırda Gəncə şəhərində və yaxın rayonlarda küləkli hava şəraiti davam edir.

Qeyd edək ki, Gəncə şəhəri ərazisində aidiyyəti qurumların əməkdaşları küləyin daha hansı fəsadları yaratdığını araşdırırlar.

Son xəbərlər

Orphus sistemi