Güclü külək Qərb bölgəsində fəsadlar törədib

Güclü külək Qərb bölgəsində fəsadlar törədib Daşkəsən rayonunda güclü külək bir sıra fəsadlar törədib
Hadisə
11 Avqust , 2021 20:45
Güclü külək Qərb bölgəsində fəsadlar törədib
0 : 00
0 : 00

Güclü külək günorta və axşam saatlarında Qərb bölgəsinin bir neçə rayonunda fəsadlar törədib, ağaclar sınıb, elektrik enerjisinin verilməsi dayandırılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, sərt hava şəraiti Daşkəsən rayonu ilə yanaşı, Göygöl rayonunda da fəsadlar törədib, ağaclar sınıb. Bəzi vətəndaşların fərdi təsərrüfatına ziyan dəyib.

Hazırda Daşkəsən və Göygöl rayonlarında güclü ildırım çaxır, yağış yağır.

Daşkəsən, Şəmkir, Göygöl, Samux rayonlarında, həmçinin Gəncə şəhərində küləkli hava şəraiti müşahidə olunur.

20:07

Daşkəsən rayonunda güclü külək bir sıra fəsadlar törədib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, külək bir neçə ağacın iri budaqlarını sındırıb, avtomobillərin hərəkəti çətinləşib.

Eyni zamanda bəzi ərazilərə elektrik enerjisinin verilməsi dayandırılıb.

Hazırda Daşkəsənin ucqar kəndlərinə güclü yağış yağır.

Son xəbərlər

Orphus sistemi