Güclü külək Cəlilabadda fəsadlar törətdi

Güclü külək Cəlilabadda fəsadlar törətdi Bu gün əsən güclü külək Cəlilabad rayonunda bir sıra fəsadlara səbəb olub.
Hadisə
16 Yanvar , 2021 21:48
Güclü külək Cəlilabadda fəsadlar törətdi

Bu gün əsən güclü külək Cəlilabad rayonunda bir sıra fəsadlara səbəb olub.

"Report"un Muğan bürosunun məlumatına görə, Cəlilabad şəhərində Rauf İsayevə məxsus talvarın örtüyü uçub. Eyni zamanda onun həyətinin divarlarının da bir hissəsi uçub.

Rayonun Ocaqlı kəndində bir neçə sakinə məxsus istixanaya ziyan dəyib. Külək istixanaların örtüklərini sıradan çıxarıb.

Təbii hadisə nəticəsində rayonun bir neçə yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Xoşbəxtlikdən güclü külək nəticəsində hər hansı bədbəxt hadisə baş verməyib.

Son xəbərlər

Orphus sistemi