Güclü külək Cəlilabad və Masallıda bir sıra fəsadlar törədib - FOTO

Güclü külək Cəlilabad və Masallıda bir sıra fəsadlar törədib - FOTO Ağaclar yollara aşıb, evlərin damı uçub, elektrik enerjisi verilişi kəsilib
Hadisə
25 Mart , 2018 12:26
Güclü külək Cəlilabad və Masallıda bir sıra fəsadlar törədib - FOTO
Report

Cəlilabad/Masallı. 25 mart. REPORT.AZ/ Cəlilabad və Masallı rayonlarında əsən güclü külək bir sıra evlərə və təsərrüfatlara ziyan vurub.

“Report”un Aran bürosu xəbər verir ki, Cəlilabad rayonunun Abdullu kəndində Rövşən Ağayevə məxsus evin çardağı, eləcə də, təsərrüfat tövləsinin dam örtüyü küləyin təsirindən uçaraq yararsız hala düşüb.

Güclü külək yol boyu müxtəlif bölgələrdəki reklam lövhələrini də aşırdıb. Royonun Privelniye kəndində isə külək irigövdəli ağacları yollara aşırıb. Səhər saatlarından etibarən əlaqədar qurumların əməkdaşları aşmış ağacları yollardan kənarlaşdırıblar.

Külək elektrik təsərrüfatına da ziyan vurub. Ucqar dağ kəndlərində yüksəkgərginlikli elektrik naqilləri qırılıb, dirəklər isə aşıb. Nəticədə bir çox kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb. Rayon Fövqəladə Hallar Komissiyasından verilən məmumata görə, hazırda rayona dəymiş ziyan dəqiqləşdirilir.

“Report”un Cənub bürosunun məlumatına görə, səhər saatlarında etibarən əsməyə başlayan və iki saatdan çox davam edən güclü külək Masallıda da ciddi fəsadlar törədib. Şəhər ərazisində onlarla elektrik və rabitə dirəkləri aşıb, elektrik enerjisi verilişi kəsilib, 40-dan çox irigövdəli ağac aşıb. Bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Güclü külək kəndlərdə 4 məktəb binasının, 10-a yaxın fərdi evin, şəhər ərazisində 3 sahibkarlıq obyektinin, 1 çoxmərtəbəli binanın dam örtüklərini uçurub.

Rayon Fövqəladə Hallar Komissiyasına müraciətlər daxil olmaqda davam edir. Ümumilikdə dəyən ziyanın həcmi dəqiqləşdirilir.

Son xəbərlər

Orphus sistemi