Güclü külək Bərdə rayonunda bir sıra fəsadlar törədib.
"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, səhər saatlarında əsməyə başlayan külək şəhərin Üzeyir Hacıbəyli küçəsində ağacları və budaqları qıraraq yola aşırıb.
Bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Hazırda aidiyyəti qurumlar fəsadların aradan qaldırılması istiqamətində işlərini davam etdirir.

