Güclü külək nəticəsində paytaxtın müxtəlif yerlərində hazırki vaxta kimi daha 13 ağacın sınması faktı qeydə alınıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən "Report"a verilən məlumata görə, bununla da zədələnən ağacların ümumi sayı 28-ə çatıb.
Qeyd olunub ki, həmin ağaclar kəsilərək ərazi təmizlənib. küləkli hava şəraiti ilə əlaqədar birlikdə operativ qruplar yaradılıb və ağacların qırılmasına dair məlumat daxil olduqda onlar dərhal hadısə yerinə gələrək fəsadları aradan qaldırırlar.
Dünən günün ikinci yarısından başlayaraq bütün gecə ərzində davam edən güclü külək nəticəsində paytaxtın müxtəlif yerlərində 15 ədəd ağaca ziyan dəyib.
Bu barədə "Report"a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.
Birliyin əməkdaşları ziyan dəyən ağacların 4-nün sınmış hissələrini budayıb, 11 ədəd ağac isə kəsilərək götürülüb və ərazi təmizlənib.