Güclü duman Biləsuvarda nəqliyyatın hərəkətində problemlər yaradıb - FOTO

Güclü duman Biləsuvarda nəqliyyatın hərəkətində problemlər yaradıb - FOTO Biləsuvar. 4 fevral. REPORT.AZ/ Dumanlı hava şəraiti Biləsuvar rayonunda nəqliyyatın hərəkətində bir sıra çətinliklərin ortaya çıxmasına səbəb olub.
Hadisə
4 Fevral , 2018 23:42
Güclü duman Biləsuvarda nəqliyyatın hərəkətində problemlər yaradıb - FOTO
"Report"

Biləsuvar. 4 fevral. REPORT.AZ/ Dumanlı hava şəraiti Biləsuvar rayonunda nəqliyyatın hərəkətində bir sıra çətinliklərin ortaya çıxmasına səbəb olub.

"Report"un Aran bürosunun məlumatına görə, axşam saatlarından etibarən rayon ərazisində güclü duman müşahidə olunmağa başlayıb.

Duman rayon ərazisində, Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində avtomobillərin hərəkətində problemlər yaradıb. Bu səbəbdən də nəqliyyat vasitələri aşağı sürətlə hərəkət edirlər.

Dumanlı hava həmçinin rayonun bir neçə kənd yollarında da müşahidə edilir.

Qeyd edək ki, rayon ərazisində dumanlı hava şəraiti artıq 3 gündir ki, müşahidə olunur.

Son xəbərlər

Orphus sistemi