Güclü çovğun və külək Lerikdə bir sıra fəsadlar yaradıb

Güclü çovğun və külək Lerikdə bir sıra fəsadlar yaradıb On iki ərazi vahidliyini əhatə edən kəndlərlə nəqliyyat əlaqəsi çətinləşib
Hadisə
19 Fevral , 2017 00:19
Güclü çovğun və külək Lerikdə bir sıra fəsadlar yaradıb

Lerik. 19 fevral. REPORT.AZ/ Güclü çovğun və külək Lerik rayonunda bir sıra problemlər yaradıb.

“Report”un Cənub bürosunun verdiyi xəbərə görə, axşam saat 16-dan başlayan çovğun və güclü külək xüsusən Lerik- Zuvand yolunda problemlər yaradıb.

Rayonun Qosmalian, Kəlvəz, Pirəsora, Orand, Nuravud, Blabənd, Mondigah, Çayrud, Tikəband, Veri və ümumilikdə 12 ərazi vahidliyini əhatə edən kəndlərlə nəqliyyat əlaqəsi çətinləşib. 

Çovğunlu hava nəticəsində yüksəkliklərdə olan qar kütləsi ətrafa səpələnib. Nəticədə yollar bağlanıb.

Qeyd edək ki, bu ərazilərdə yağan qarın qalınlığı 1 metrdən çoxdur.

Son xəbərlər

Orphus sistemi