Göygöldə yük avtomobili aşıb, ölən var

Göygöldə yük avtomobili aşıb, ölən var Göygöl. 11 may. REPORT.AZ/ Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
11 May , 2018 06:46
Göygöldə yük avtomobili aşıb, ölən var

Göygöl. 11 may. REPORT.AZ/ Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Hacıkənd yolunda qeydə alınıb. 

İlkin məlumata görə, yük avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü - Göygöl rayon Çaykənd sakini, 1994-cü il təvəllüdlü Aydınov Seymur Hafiz oğlu hadisə yerində ölüb. 

Yük maşınının şirkətlərdən birinə məxsus olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi