Göygöldə yol qəzasında xəsarət alanların şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB

Göygöldə yol qəzasında xəsarət alanların şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB Göygöl. 8 iyul. REPORT.AZ/ Gəncə-Daşkəsən avtomobil yolunda baş vermiş qəza zamanı yaralananların şəxsiyyəti müəyyənləşib.
Hadisə
8 İyul , 2018 21:30
Göygöldə yol qəzasında xəsarət alanların şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB

Göygöl. 8 iyul. REPORT.AZ/ Gəncə-Daşkəsən avtomobil yolunda baş vermiş qəza zamanı yaralananların şəxsiyyəti müəyyənləşib.

"Report"un Qərb bürosu xəbər verir ki, bunlar orta-ağır xəsarətlər alan Daşkəsən rayon sakinləri - 1964-cü il təvəllüdlü Əliyeva Pakizə, 1987-ci il təvəllüdlü Əliyeva Esmira və ağır xəsarət alan Vəsilə Verdiyeva və Rövşən Verdiyevdir.

Daha bir ağır yaralı özəl xəstəxanaya aparılıb.

Qəza nəticəsində xəsarət alan 2 uşağa isə ambulator tibbi yardım göstərilib.


***19:12

Göygöl. 8 iyul. REPORT.AZ/ Göygöl rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə-Daşkəsən avtomobil yolunun "Stansiya Qızılca" ərazisindən keçən hissəsində iki minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.

Yaralılardan üçünün uşaq olduğu bildirilir. Hazırda xəstəxanaya yerləşdirilən yaralıların şəxsiyyətləri müəyyənləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi