Göygöldə qəzada ölən və yaralananların adları məlum oldu - YENİLƏNİB

Göygöldə qəzada ölən və yaralananların adları məlum oldu - YENİLƏNİB "QAZ-31" "VAZ-2104" markalı avtomobillə toqquşub
Hadisə
2 Mart , 2020 13:34
Göygöldə qəzada ölən və yaralananların adları məlum oldu - YENİLƏNİB
google.az

Göygöl-Gəncə avtomobil yolunda qəza zamanı ölən və yaralananların şəxsiyyəti məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, "VAZ-2104" markalı avtomobilin sürücüsü, 1975-ci il təvəllüdlü Elşən Hüseynov ölüb. 

Elnur ŞükürovNərmin Süleymanova isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


*** 12:40

Göygöl rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qərb Mərkəzi xəbər verir ki, Gəncə-Göygöl avtomobil yolunda qeydə alınan qəzada 3 nəfər yaralanıb. 

Belə ki, hərəkətdə olan "QAZ-31"  "VAZ-2104" markalı avtomobillə toqquşub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunublar. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıblar. 

Xəsarət alanların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi