Göygöldə yol qəzası baş verib, ölən və yaralananlar var - FOTO - YENİLƏNİB

Göygöldə yol qəzası baş verib, ölən və yaralananlar var - FOTO - YENİLƏNİB Göygöl rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adları məlum olub.
Hadisə
28 May , 2019 14:51
Göygöldə yol qəzası baş verib, ölən və yaralananlar var - FOTO - YENİLƏNİB
Report

Göygöl rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adları məlum olub.

"Report"un Qərb Mərkəzi xəbər verir ki, hadisə zamanı hər iki avtomobilin sürücüsü - Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Elməddin Zahir oğlu Abbasov və Yeni Qızılca kənd sakini, 1987-ci il təvəllüdlü Şamo İntizam oğlu İsaqov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir. 

Avtomobillərdən birinin sərnişini Qənifə Aslan qızı Quliyeva isə hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.


*** 12:23

Göygöl rayonunda yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb. 

Belə ki, "VAZ-2106" və "VAZ-21011" markalı iki avtomobil toqquşub. 

Hadisə zamanı ölən və yaralananların olduğu bildirilir. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar “təcili yardım” avtomobilləri ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Son xəbərlər

Orphus sistemi