Göygöldə yağan qar nəqliyyatın hərəkətini çətinləşdirib - FOTO

Göygöldə yağan qar nəqliyyatın hərəkətini çətinləşdirib - FOTO Hava şəraitinin dəyişməsi ilə əlaqədar Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib
Hadisə
8 Mart , 2021 20:11
Göygöldə yağan qar nəqliyyatın hərəkətini çətinləşdirib - FOTO

“Hava şəraitinin dəyişməsi ilə əlaqədar Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib”.

Bu barədə “Report”un Qərb mərkəzinə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Qeyd olunub ki, bununla əlaqədar RPŞ-nin Dövlət Yol Polis Bölməsinin əməkdaşları rayon ərazisində mütəmadi xidmət apararaq, sürücü və piyadaların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər görür.

“Göygöl rayon sakinlərindən, xüsusi ilə dağ kəndlərində yaşayanlardan xahiş olunur ki, mümkün qədər yaşayış yerlərini tərk etməsinlər, nəqliyyat vasitəsi idarə edənlər isə ara məsafə, minimal sürət və digər zəruri tədbirlərə riayət etsinlər”-deyə, məlumatda vurğulanıb.

Son xəbərlər

Orphus sistemi