Göygöldə üç maşın toqquşub, 5 nəfər yaralanıb - FOTO - YENİLƏNİB

Hadisə
  • 24 iyun, 2018
  • 18:14
Göygöldə üç maşın toqquşub, 5 nəfər yaralanıb - FOTO - YENİLƏNİB

Göygöl. 24 iyun. REPORT.AZ/ Göygöl rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan 5 nəfərin adı məlum olub.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə nəticəsində Ağstafa rayon Dağkəsəmən kənd sakinləri - Namazov Rüfət Arif oğlu (1976-cı il təvəllüdlü), Xəlilova Günay Əbülfəz qızı (1986), Xəlilova Mahirə Abdülrəhman qızı (1950), Həsənov Zaur Əlamdar oğlu (1978) və Şəmkir rayon sakini İbrahimov Kərim İbrahim oğlu (1960) xəsarət alıb.


***21:4Göygöl. 24 iyun. REPORT.AZ/ Göygöl rayonunda 3 avtomobilin iştirakı ilə zəncirvari qəza olub.

"Report"un Qərb bürosunun məlumatına görə, qəza "Mercedes" markalı avtomobilin əvvəlcə traktora, daha sonra isə "VAZ-2104" markalı avtomobilə çırpılması nəticəsində baş verib.

Hadisə yerinə "təcili tibbi yardım" briqadası və DYP əməkdaşları cəlb olunub.

Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.