Göygöldə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
Hadisə
- 14 fevral, 2021
- 14:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Göygöl rayonunda xəsarətlə nəticələnən yol qəzası olub.
"Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə rayonun mərkəzi xəstəxanasının yaxınlığında qeydə alınıb. Kiçik tutumlu sərnişin avtobusu idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb. Qəza nəticəsində 55 yaşlı Cahid Mirzəyev, 36 yaşlı Tofiq Həsənov və 35 yaşlı Mehman Bayramov müxtəlif xəsarətlər alıblar.
Yaralılara əvvəlcə Göygöl Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib. Onlardan ikisinin vəziyyəti normal, C.Mirzəyevin aldığı xəsarət isə ciddi qiymətləndirilib.
Yaralılar öz istəkləri ilə şəxsi avtomobillə Gəncə şəhərində olan xəstəxanaların birinə gediblər.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
08:33
Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq
Energetika
08:23
ABŞ-nin narkotik ticarətçilərinə zərbələri kokain daşınmasının qarşısını ala bilməyib
Digər ölkələr
08:11
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:02
Tramp bir daha İranla münaqişənin tezliklə sona çatacağını bildirib
Digər ölkələr
07:48
Britaniya HDQ-nin yeganə buzqıran patrul gəmisi sıradan çıxıb
Digər ölkələr
07:38
Lula da Silva seçkilərdən əvvəl sahibkarların 2,5 mlrd dollar borcunu siləcəyinə söz verib
Digər ölkələr
07:24
Yasamal və Binəqədinin bir sıra ərazilərində işıq olmayacaq
Energetika
06:54
Papua-Yeni Qvineya sahillərində 5,7 maqnitudada zəlzələ olub
Digər ölkələr
06:23
Rubio 17-22 oktyabrda Özbəkistan və Hindistana səfər edəcək
Digər ölkələr