Göygöldə şaxtalı hava səbəbindən dağ yollarında nəqliyyatın hərəkətində problem yaranıb

Göygöldə şaxtalı hava səbəbindən dağ yollarında nəqliyyatın hərəkətində problem yaranıb Göygöl rayonunda şaxtalı və qarlı hava səbəbindən yaranan fəsadların aradan qaldırılması istiqamətində aidiyyatı qurumlar tərəfindən tədbirlər görülür.
Hadisə
11 Yanvar , 2023 19:20
Göygöldə şaxtalı hava səbəbindən dağ yollarında nəqliyyatın hərəkətində problem yaranıb

Göygöl rayonunda şaxtalı və qarlı hava səbəbindən yaranan fəsadların aradan qaldırılması istiqamətində aidiyyatı qurumlar tərəfindən tədbirlər görülür.

"Report"un Qərb bürosunun məlumatına görə, qarlı və yağıntılı hava şəraiti ilə bağlı şəhərin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin canlı qüvvə və texnikaları tərəfindən yolların, eləcə də piyada səkilərinin qardan təmizlənməsi işləri davam etdirilir.

Qarlı və şaxtalı havanın hökm sürməsinə baxmayaraq, görülən qabaqlayıcı tədbirlər nəticəsində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkəti təmin edilməsi üçün Göygöl şəhərində və Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda tədbirlər həyata keçirilir.

Qum və duzdan istifadə olunmaql bütün yollar və piyada səkiləri buzdan operativ şəkildə təmizlənir.

Hava şəraitinin gecə saatlarında daha da şaxtalı olması, yolların buz bağlaması nəzərə alınaraq müxtəlif təyinatlı texnikalar vasitəsilə növbəlilik əsasında yollara qum-duz qarışığı səpilməsi üçün xüsusi tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi