Göygöldə qonşular arasında dava xəsarətlə nəticələnib

Göygöldə qonşular arasında dava xəsarətlə nəticələnib İki qonşu arasında düşən mübahisə sonradan əlbəyağa davaya çevrilib
Hadisə
27 Oktyabr , 2017 04:57
Göygöldə qonşular arasında dava xəsarətlə nəticələnib

Göygöl. 27 oktyabr. REPORT.AZ/ Göygöldə qonşular arasında düşən dava zamanı 50 yaşlı kişi xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Göygöl rayonunun Yalıqışlaq kəndində baş verib.

İki qonşu arasında düşən mübahisə sonradan əlbəyağa davaya çevrilib. Nəticdə 1967-ci il təvəllüdlü Elsəvər Bayramov döyülərək müxtəlif bədən xəsarətləri alıb. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb.

Mübahisənin hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi