Göygöldə qanunsuz silah saxlayan şəxs tutuldu

Göygöldə qanunsuz silah saxlayan şəxs tutuldu Göygöl rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Hadisə
8 İyul , 2021 10:07
Göygöldə qanunsuz silah saxlayan şəxs tutuldu

Göygöl rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, RPŞ-in əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini, Kamrəddin Ələsgərovun rayonun Sərkarlı kəndindəki fərdi yaşayış evinə baxış keçirilən zaman 1 ədəd, atəşə yararlı, lüləsi və qundağı kəsilmiş, yivli “TOZ 8” markalı odlu silah aşkar edilərək götürülüb.

Götürülən maddi sübut ekspertizaya göndərilib, faktla bağlı cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi