Göygöldə qadın sürücü qəzaya düşərək ölüb

Göygöldə qadın sürücü qəzaya düşərək ölüb Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
7 Fevral , 2017 11:41
Göygöldə qadın sürücü qəzaya düşərək ölüb

Bakı. 7 fevral. REPORT.AZ/ Göygöl rayonunda qadın sürcü qəzaya düşərək ölüb. 

"Report"un məlumatına görə, hadisə fevralın 7-də rayonun Aşıqlı kəndində baş verib.

Belə ki, Tovuz rayon sakini Xatirə Alyanova idarə etdiyi "Great Wall" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü X.Alyanova hadisə yerində ölüb.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi