Göygöl rayonunda üzərində xəsarətlər aşkarlanan meyitin şəxsiyyəti məlum olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, bu, Gəncə şəhər sakini, 1956-cı il təvəllüdlü E.Niftəliyevadır.
O, Göygöl rayonunun Topalhəsənli kəndində yaşadığı evdə qollarını kəsərək intihar edib. İntihara səbəb kimi qadının psixoloji sarsıntı keçirməsi ehtimal olunur.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.
02:13
Göygöl rayonunda qadın evdə ölü vəziyyətdə aşkarlanıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Topalhəsənli kəndində baş verib. Onun şəxsiyyəti dəqiqləşdirilir. Qadının üzərində bir neçə xəsarət müəyyən edilib.
Hadisə yerinə prokurorluq əməkdaşları cəlb olunub, təfərrüatlar hələ məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.