Göygöldə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Göygöldə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib 37 yaşlı yaralı xəstəxanada dünyasını dəyişib
Hadisə
26 Sentyabr , 2015 22:24
Göygöldə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı. 26 sentyabr. REPORT.AZ/ Bu gün axşam saatlarında Göygöl rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, yolu keçmək istəyən 1978-ci il təvəllüdlü rayon sakini Hafiz Balaxanov "Qazel" markalı yük avtomobili tərəfindən vurulub.

Yaralı hadisəni törədən sürücü tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. 37 yaşlı kişiyə ilkin tibbi yardım göstərilib. Lakin qapalı kəllə-beyin travması alan yaralının vəziyyəti ağır olduğundan o, Gəncə şəhər Mərkəzi Kliniki Xəstəxanasına aparılıb. Buna baxmayaraq zərərçəkənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Göygöl rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi