Göygöldə piyadanı vurub qaçan sürücü saxlanılıb

Göygöldə piyadanı vurub qaçan sürücü saxlanılıb Noyabr ayının 23-də, axşam saatlarında Göygöl rayon Polis Şöbəsinə (RPŞ) Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun 369-cu km-də bir nəfər qadını avtomobil vurması, qəza nəticəsində piyadanın tanınmaz hala düşərək hadisə yerində öldüyü barədə məlumat daxil ol
Hadisə
698
7 Dekabr , 2021 09:58
Göygöldə piyadanı vurub qaçan sürücü saxlanılıb

Göygöl rayonunda piyadanı vurub qaçan sürücü tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, noyabr ayının 23-də, axşam saatlarında Göygöl rayon Polis Şöbəsinə (RPŞ) Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun 369-cu km-də bir nəfər qadını avtomobil vurması, qəza nəticəsində piyadanın tanınmaz hala düşərək hadisə yerində öldüyü barədə məlumat daxil olub.

Göygöl RPŞ-nin və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib və həlak olan şəxsin Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Tünzalə Rəfiyeva olması müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri təxrəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanı törədərək hadisə yerindən yayınan şəxsin kimliyi müəyyən edilib. Araşdırmalar zamanı hadisəni Göygöl rayon Xəqani kəndində yaşayan Fəxri Qasımovun “VAZ-2121” markalı avtomobil ilə törətməsi, daha sonra hadisə yerindən qaçması müəyyən edilib.

Hazırda həmin şəxs barəsində Cinayət Məcəlləsinin 263.2 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi