Göygöl. 9 oktyabr. REPORT.AZ/ Göygöl rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adı məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə nəticəsində Göygöl rayonunun Qızılca kənd sakini, 1961-ci il təvəllüdlü Xalidə Həmzə qızı Bağırova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Qəza zamanı daha iki nəfər - Rusiya vətəndaşı, 1958-ci il təvəllüdlü Əli Məmmədov və Göygöl rayon sakini, 1993-cü il təvəllüdlü Mirmahal Ağabalayev müxtəlif bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***19:23
Göygöl. 9 oktyabr. REPORT.AZ/ Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Balçılı kəndində yerləşən şadlıq evinin yaxınlığında qeydə alınıb.
Belə ki, "VAZ-2107" markalı avtomobil Gürcüstan dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı maşınla toqquşub.
Hadisə şahidlərinin veridyi məlumata görə, hadisə nəticəsində ölən və yaralananlar var
Bundan əvvəl Hacıqabulda iki maşın toqquşub.