Hacıqabulda iki maşın toqquşub, 3 nəfər yaralanıb

Hacıqabulda iki maşın toqquşub, 3 nəfər yaralanıb Hacıqabul. 9 noyabr. REPORT.AZ/ Hacıqabul rayonunda yol qəzası baş verib.
Hadisə
9 Noyabr , 2018 19:57
Hacıqabulda iki maşın toqquşub, 3 nəfər yaralanıb

Hacıqabul. 9 noyabr. REPORT.AZ/ Hacıqabul rayonunda yol qəzası baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Padarçöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İki "Kia" markalı minik avtomobilinin toqquşması nəticəsində maşınlarda olan sərnişinlər - 1971-ci il təvəllüdlü Qaradağ rayonu sakini Həsənova Hicran Aydın qızı, 1992-ci il təvəllüdlü Şirvan şəhər sakini Mustafayeva Aysel Tahir qızı və 2008-ci il təvəllüdlü Bakı şəhər sakini Ağayev Elcan Elvin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Kürdəmirdə yol qəzası nəticəsində bir qadın xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi