Yuxarı

​Göygöldə münaqişə zəminində bıçaqlanan şəxs xəstəxanaya aparılarkən yolda ölüb

Hadisəni törədən Göygöl rayonunun Şəhriyar kənd sakini Şahsəyid Sayfronov tutulub

Bakı. 11 yanvar. REPORT.AZ/ Göygöl rayonunun Şəhriyar kəndinin meşə zolağında rayon sakini Şahsəyid Sayfronov münaqişə zəminində həmyerlisi Rəşad Əliyevə bıçaqla xəsarət yetirib. “Report” xəbər verir ki, hadisə yanvarın 10-da baş verib. 

R.Əliyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Sayfronov tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi