Göygöldə mikroavtobus qəzaya uğrayıb, 1 nəfər ölüb, 5 nəfər yaralanıb - SİYAHI

Göygöldə mikroavtobus qəzaya uğrayıb, 1 nəfər ölüb, 5 nəfər yaralanıb - SİYAHI Faktla bağlı araşdırma aparılır
Hadisə
9 Avqust , 2017 18:13
Göygöldə mikroavtobus qəzaya uğrayıb, 1 nəfər ölüb, 5 nəfər yaralanıb - SİYAHI
Report.az

Göygöl. 9 avqust. REPORT.AZ/ Göygöldə mikroavtobus qəzaya düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun Göygöl rayon ərazisindən keçən hissəsində baş verib. "VAZ-2107" markalı avtomobillə mikroavtobusun toqquşması nəticəsində bir nəfər ölüb, 5 nəfər isə yaralanıb.

Hadisə zamanı mikroavtobusun sürücüsü Gəncə sakini, 1956-cı il təvəllüdlü Təvəkkül Səfər oğlu Qasımov ölüb. Onun sərnişini İveta Musa qızı Əliyeva müxtəlif dərəcəli bədən xəsarəti alıb.  

Bundan başqa, "VAZ-2107"in sürücüsü, 1977-ci il təvəllüdlü Şöhrət Əli oğlu Quliyev, onun anası, 1948-ci il təvəllüdlü Xanımzər Quliyeva və oğlu, 2005-ci il təvəllüdlü Əli Şöhrət oğlu Quliyev yaralanıb. Daha bir nəfərin xəsarəti yüngül olduğundan evə buraxılıb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi